Əliyevdən Ekvador Prezidenti seçilən Azinə təbrik
Bakı, 9 may (Hibya) – Azərbaycan Prezidenti İlham Əliyev Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilən Daniel Noboa Azini təbrik edib.
Prezident İlham Əliyev Daniel Noboa Azinə Ekvador Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubu göndərib.
Əliyev təbrik məktubunda bildirib: “İnanıram ki, Azərbaycan və Ekvador arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli müstəvidə genişləndirilməsi istiqamətində birgə səylərimizi qətiyyətlə davam etdirəcəyik. Sizə cansağlığı, xoşbəxtlik və dost Ekvador xalqının rifahı naminə prezidentlik fəaliyyətinizdə uğurlar arzulayıram.”
Azərbaycan İnformasiya Agentliyi