Fon der Lyayen: Bütün həbs olunmuş etirazçıların dərhal azad edilməsini tələb edirik
Brüssel, 10 yanvar (Hibya) – Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Tehrandakı etirazlara qarşı zorakılığı pisləyərək, bütün həbs olunmuş etirazçıların azad edilməsini tələb edib.
Avropa Komissiyasının sədri Leyayen İranda xalqın azadlıq tələblərinə dəstək verdiyini bildirib.
Fon der Lyayen qeyd edib: “Tehran küçələri və dünyanın dörd bir yanındakı şəhərlər azadlıq tələb edən iranlı qadın və kişilərin addım səsləri ilə səslənir. Onlar söz, toplaşma, səyahət və hər şeydən əvvəl azad yaşamaq azadlığı istəyirlər”.
Leyayen etirazların zorakılıqla yatırılmasını açıq şəkildə pisləyərək, məsul şəxslərin tarixin yanlış tərəfində qalacağını vurğulayıb. O, həmçinin bütün həbs olunmuş etirazçıların dərhal azad edilməsinə və internetə çıxışın bərpa olunmasına çağırıb.
Azərbaycan İnformasiya Agentliyi