Fransız kəndi ictimai yerlərdə mobil telefon istifadəsinin məhdudlaşdırılmasına razılıq verdi
STOKHOLM - 11.02.2024 - HİBYA - Parisin cənubunda, əhalisinin sayı 2.000-dən az olan Seine-et-Marne bölgəsində yerləşən Seine-Port, keçən həftə sonu keçirilən referendumdə ictimai yerlərdə smartfonların istifadəsinin məhdudlaşdırılması, böyüklərin və uşaqların hərəkət edərkən cihazlarını istifadə etmələrinin qadağan edilməsi üçün bəli səs verdi.
Qadağa başqaları ilə birlikdə küçədə, parkda bir divanın üzərində oturarkən, mağazalarda, kafelerdə və ya restoranlarda yemək yeyərkən və valideynlər uşaqlarını məktəb qapısı qarşısında gözləyərkən mobil telefon istifadə etmələrini də özündə əhatə edir.
Mobil telefonlarda ünvan axtaranlara isə, başqalarından yol xəritəsi istemələri tövsiyə olunur.
Kənd həmçinin ailələr üçün ekran istifadəsi ilə bağlı bir nizamnaməni də təsdiqlədi: Buna əsasən, səhərlər, yataq otağında, yatmadan əvvəl və ya yemək vaxtında ekran olmayacaq. Gənclərin valideynləri, uşaqlarına 15 yaşından qabaq smartfon verməməyə dair yazılı bir razılaşma imzalarsa, bələdiyyə, uşağa yalnızca zənglər üçün köhnə modaya uyğun bir telefon təqdim edəcəkdir.
Azərbaycan İnformasiya Agentliyi