Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Niderlandın Baş naziri Rob Jetten hökumətin işəgötürənlər və həmkarlar ittifaqları ilə ölkənin gələcəyə hazırlanması və dayanıqlı sosial razılaşmaya nail olunması məsələsini müzakirə etdiyini açıqlayıb.

Jetten görüşdən sonra deyib: “Niderland gələcəyə hazır olmalıdır. Bunu yaxşı sosial təminat sistemi və güclü iqtisadiyyatla təmin etməliyik”.

Görüşün yaxşı və müsbət keçdiyini bildirən Jetten tərəflərin bəzi böyük problemlərin birgə həll edilməli olduğu barədə razılığa gəldiyini qeyd edib. O, bunlar arasında həll olunmamış əmək qabiliyyətsizliyi ilə bağlı tənzimləmələri, gələcəyin əmək bazarını və ölkə iqtisadiyyatında struktur artımın əhəmiyyətini sadalayıb.

Tərəflər arasında fərqlərin olduğunu bildirən Jetten deyib: “Hamı irəliləmək istəyir. Bu, həmişə asan olmayacaq və bir gecədə baş verməyəcək. Amma vaxt itirməyəcəyik. Niderland həll yolları gözləyir”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp