Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bildirilib ki, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar 2026-cı ildə keçiriləcək İƏT Qadın Nazirlər Konfransına hazırlıqları qiymətləndirmək üçün iclasa sədrlik edib.

Dar deyib: “Konfransın İƏT Katibliyi və aidiyyəti nazirliklərlə sıx koordinasiya şəraitində uğurla təşkil olunması böyük əhəmiyyət daşıyır.”

İclasda həmçinin Pakistanın gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətləndirilməsi sahəsində oynadığı fəal rola diqqət çəkilib. Qeyd olunub ki, qarşıdan gələn konfrans Pakistanın qadın məsələlərinin İƏT çərçivəsində və qlobal miqyasda irəlilədilməsi öhdəliyini nümayiş etdirir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp