Prezident Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə telefonla danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışıb.
Açıqlamada bildirilib ki, söhbət zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı aparılan axtarış-xilasetmə işlərindəki son vəziyyət müzakirə olunub.
“Gürcüstanın Baş naziri hadisədə şəhid olan əsgərlərimiz üçün Prezidentimizə başsağlığı verib. Prezidentimiz isə Kobaxidzeyə başsağlığı və dəstəyi üçün təşəkkür edib,” – deyə açıqlamada qeyd olunub.
Azərbaycan İnformasiya Agentliyi