Rutte: Müttəfiqimiz Türkiyəyə ən dərin başsağlığımızı bildiririk
Brüssel, 11 noyabr (Hibya) – NATO-nun baş katibi Mark Rutte Türkiyəyə və Türkiyə hərbi təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
NATO baş katibi Rutte bildirib ki, onlar həyatını itirənlərin ailələrinə və müttəfiqləri Türkiyəyə ən dərin başsağlığını çatdırırlar.
Onların xidmətlərindən qürur duyduqlarını bildirən Rutte deyib: “Türkiyə Silahlı Qüvvələrinin və Alyansda xidmət edən bütün əsgərlərimizin hər gün təhlükəsizliyimizi təmin etmək üçün etdikləri fədakarlıqlara görə dərin minnətdarlığımızı bildiririk.”
Azərbaycan İnformasiya Agentliyi