Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şövkət Mirziyoyev telefon danışığı aparıblar.

Tərəflər Rusiya və Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqliyin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsini müzakirə ediblər.

Enerji sektoru da daxil olmaqla böyük birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Bölgələrarası əməkdaşlığın ticarət, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsindəki mühüm rolu, həmçinin 2025-ci ilin oktyabrında Moskva vilayətində keçirilmiş Rusiya və Özbəkistan Regionlar Şurasının iclasının praktik əhəmiyyəti qeyd olunub.

Həmçinin aktual beynəlxalq məsələlər müzakirə edilib və müxtəlif səviyyələrdə müntəzəm əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp