Putin: Hazırkı Ukrayna rəhbərliyi ilə müqavilə imzalamaq mənasızdır
Moskva, 28 noyabr (Hibya) – Rusiya Prezidenti Vladimir Putin bildirib ki, hazırkı Ukrayna rəhbərliyi ilə hər hansı sənəd imzalamaq “mənasızdır”.
Putin iddia edib ki, Ukrayna rəhbərliyi seçkilərlə üzləşəcək cəsarəti tapmayıb və buna görə də Ukrayna Prezidentinin legitimliyini itirdiyini irəli sürüb.
O qeyd edib ki, Rusiya silahlı münaqişə şəraitində belə seçkilər keçirir, “Kiyev isə seçki keçirməməyi üstün tutur”.
Putinin sözlərinə görə, bu şəraitdə Ukrayna rəhbərliyi ilə bağlanacaq hər hansı razılaşma etibarlı olmayacaq.
Azərbaycan İnformasiya Agentliyi