Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

Telefon danışığında tərəflər Yaxın Şərqdəki vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıblar.

Liderlər Qəzza zolağındakı son hadisələri, mövcud atəşkəs razılaşmasının icrasını və saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Həmçinin İranın nüvə proqramı ətrafında yaranmış mövcud vəziyyət və Suriyada sabitliyin daha da möhkəmləndirilməsi məsələləri də gündəmə gətirilib.

Qeyd olunub ki, bu danışıq regionda gərginliyin azaldılması və mövcud diplomatik səylərin davam etdirilməsi baxımından mühüm bir təmas olub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp