Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski görüş zamanı kəşfiyyat xidmətlərinin Rusiyanın hərbi potensialı və qarşıdakı aylara dair planları barədə hesabatlarını nəzərdən keçirib.

Müdafiə Kəşfiyyatının rəisi Kirilo Budanov ən kritik cəbhə xətlərindəki vəziyyət və Rusiyanın hərbi hazırlığı barədə məlumat verərək bildirib ki, Putin tərəfindən Pokrovsk və Kupyanskın ələ keçirilməsi üçün təyin olunan tarixlərə yenə də əməl edilməyib.

Xarici Kəşfiyyat Xidmətindən Oleh İvaşçenko Rusiyadakı siyasi mühit, ictimai əhval-ruhiyyə və ölkənin iqtisadi vəziyyəti barədə məlumat təqdim edib.

Zelenski bildirib ki, qarşıdakı həftələr üçün müdafiənin prioritetləri müəyyən edilib: “Qış ayları üçün müdafiə əməliyyatları planımızı da genişləndirəcəyik. Uzunmüddətli sanksiyalarımızı tətbiq etməyə davam edəcəyik; xüsusi xidmət orqanlarımızın, xüsusilə Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna ordusunun özünəməxsus tapşırıqları var. Mövcud vəziyyət qiymətləndirmələrini nəzərə alaraq əsas tərəfdaşlarımızla diplomatik səylərimizi koordinasiya etməyə hazırlaşırıq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp