Qolan Təpələrinə edilən raket hücumunda 10 nəfər həlak olub
Qolan Təpələrindəki bir kəndə edilən çoxsaylı raket hücumunda, aralarında uşaqlar da olmaqla ən azı 10 nəfər həlak olub. İsrail, Qolan Təpələrindəki raket hücumunda Hizbullahı məsul tutub.
CNN-in xəbərinə görə, İsrail rəsmiləri bildiriblər ki, şənbə günü Qolan Təpələrindəki bir kəndə edilən çoxsaylı raket hücumunda, aralarında uşaqlar da olmaqla ən azı 10 nəfər həlak olub və bu hadisə 7 oktyabrdan bəri İsrailli mülki şəxslərə edilən ən ölümcül hücum olub.
İsrail, Məcdəl Şəms bölgəsindəki hücumdan ən azı 29 nəfərin yaralanmasına səbəb olan hücumda İran tərəfindən dəstəklənən Livanlı militant qrup Hizbullahı məsul tutub və Livandan İsrail ərazisinə “təxminən 30 raketin” keçdiyini müəyyən etdiyini bildirib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari, hücumu "7 oktyabrdan bəri İsrailli mülki şəxslərə edilən ən ölümcül hücum" adlandıraraq, vurulan yerlər arasında uşaqların və gənclərin oynadığı bir futbol sahəsinin də olduğunu bildirib.
Ancaq Hizbullah, raketləri özünün atdığını "qətiyyən rədd etdiyini" bildirib.
İsrail Prezidenti İsaak Hersoq hücumu "dəhşətli və şok edici bir fəlakət" adlandırıb və İsrailin vətəndaşlarını "qoruyacağına" söz verib.
Hersoq X platformasında etdiyi paylaşımda, “Hizbullah terrorçuları bu gün tək günahları futbol oynamaq olan uşaqlara vəhşicəsinə hücum etdi və onları öldürdü. Onlar geri qayıtmadılar” deyə bildirib.
İsrailin Magen David Adom (MDA) təcili yardım xidmətindən verilən açıqlamada, ölənlər arasında yaşları 10 ilə 20 arasında dəyişən "gənclər və gənc yetkinlərin" olduğu bildirilib. Bundan əlavə, 29 nəfərin daha yaralandığı və onlardan altısının vəziyyətinin ağır olduğu qeyd edilib.
Azərbaycan İnformasiya Agentliyi