Sançes: Çili ispanlar üçün dəyərli ölkədir
Madrid, 15 dekabr (Hibya) — İspaniyanın Baş naziri Pedro Sançes Çilidə keçirilən seçkilərdən sonra açıqlama verib.
İspaniyanın Baş naziri Sançes Jose Antonio Kastı seçkilərdə qazandığı qələbə münasibətilə, Çili xalqını isə nümunəvi seçki günü ilə əlaqədar təbrik etdiyini bildirib.
Çilinin ispanlar üçün dəyərli ölkə olduğunu vurğulayan Sançes deyib: «Bu, Avropa üçün strateji tərəfdaşdır. Münasibətlərimizi qorumağa və daha da dərinləşdirməyə davam edəcəyik».
Azərbaycan İnformasiya Agentliyi