Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Monteneqronun Baş naziri Spajiç sosial media hesabında etdiyi paylaşımda ölkədə əməkhaqlarının artırılmasına yönəlmiş hökumət siyasətini qiymətləndirib.

Spajiç 2027-ci ilin əvvəlindən Monteneqroda minimum əməkhaqqının 1000 avro olacağını bildirərək, bu məbləğin “Europe Now 1” proqramından əvvəlki 250 avroluq səviyyədən dörd dəfə çox olduğunu qeyd edib.

Orta və ali təhsil tələb edən işlərdə fərqin beş dəfəyə, bəzi hallarda isə təxminən altı dəfəyə çatdığını bildirən Spajiç əməkhaqqı siyasətinin əsas məqsədinin Monteneqronu yaşamaq üçün daha yaxşı ölkəyə çevirmək olduğunu deyib.

Monteneqro Hökumətinin açıqladığı “Euro Model” çərçivəsində 2027-ci ilin yanvarından əsas və daha aşağı təhsil tələb edən işlər üçün minimum xalis əməkhaqqı 1000 avro, orta təhsil tələb edən işlər üçün 1250 avro, ali təhsil tələb edən işlər üçün isə 1400 avro olacaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp