Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sybiha estoniyalı həmkarı Margus Tsahkna ilə Ukraynaya dəstək məsələlərini müzakirə edib.

Sybiha görüşlə bağlı açıqlamasında Rusiyaya təzyiqin artırılmasının vacibliyini vurğulayaraq deyib: “Daha güclü sanksiyalar da daxil olmaqla, Rusiyaya təzyiqin artmağa davam etməli olduğu barədə razıyıq. Ukrayna mövqelərini gücləndirmək üçün ehtiyac duyduğu dəstəyi almalıdır.”

İki nazir həmçinin Avropa üzrə Rusiyadan qaynaqlanan təhdidləri, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesini və qışa hazırlığı müzakirə edib. Sybiha Ukraynanın Aİ-yə üzvlüyünə davamlı dəstəyinə görə Estoniyaya təşəkkür edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp