Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin irəli sürdüyü iddiaların həqiqəti əks etdirmədiyini bildirərək, davam edən diplomatik proseslərdəki etimadsızlığa diqqət çəkib.

İranın media vasitəsilə yaydığı məlumatları təkzib edən Tramp deyib: “İranın saxta xəbərlərə sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur.”

Deyilənlərin doğru olmadığını vurğulayan Tramp bildirib: “Onların söylədikləri, o cümlədən razılığa gəldiklərinə dair zəif və acınacaqlı açıqlamaları reallıqla heç bir əlaqəsi yoxdur. Onlarla iş görmək çox şərəfsizdir. Onlarla xoş niyyətlə iş görmək kimi bir şey yoxdur. İnanılmazdır!”

Tramp həmçinin Hörmüz boğazında baş verən hərbi hərəkətliliyə toxunaraq mesajını belə yekunlaşdırıb: “Bundan əlavə, ötən gecə Hörmüz boğazından ayrılan Hindistan gəmilərinə qarşı həyata keçirilən və tamamilə dəf edilən pilotsuz uçuş aparatı hücumları qətiyyən qəbuledilməzdir. Onlar dərhal özlərini toparlamalıdırlar!”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp