Türk: "10 milyondan çox insan dövlətdən və əsas vətəndaşlıq haqlarından məhrumdur"
Birləşmiş Millətlər (BM) İnsan Haqları Üzrə Ali Komissarı Volker Türk, 10 milyondan çox insanın indi dövlətdən və əsas vətəndaş lıq haqlarından məhrum olduğunu açıqlayıb.
Dövlətdən və əsas vətəndaşlıq haqlarından məhrum olan 10 milyondan çox insanın olduğunu vurğulayan BM İnsan Haqları Üzrə Ali Komissarı Türk, "Bu ədalətsiz və tamamilə qarşısını alına bilən bir durumdur. Dövlətsizliyin sona çatdırılması mümkündür, lakin insan hüquqları ilə uyğun qərarlı hüquqi və siyasi reformları tələb edir." deyib.
Azərbaycan İnformasiya Agentliyi