Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski qeyd edib ki, demək olar bütün gün ərzində Ukraynanın hər yerində hava hücumu siqnalları səslənib.

O bildirib ki, gecə Rusiyanın yeni raket və PUA hücumu həyata keçirilib: “Kyiv və digər şəhərlərdə səslər çox yüksək idi. Təəssüf ki, xəsarət alanlar və həlak olanlar var. Təsirlənmiş bütün ailələrə başsağlığı verirəm. Xarkov, Sumı və paytaxtda axtarış-xilasetmə işləri gün ərzində davam edir.”

Zelenski əlavə edib ki, 30 günlük atəşkəs təklifi hələ də qüvvədədir:

“Bu təklif diplomatiya üçün real bir imkan yaradır. Lakin dünya aydın şəkildə görür ki, bu təklifə cavab verməyən tərəf Rusiyadır. Verilən yeganə cavab yeni hücumlar olub. Bu isə müharibənin əsl mənbəyinin kim olduğunu açıq şəkildə göstərir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp