Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ölkəsinin 205 döyüşçüsünü geri qaytardığını bildirdi.

Zelenski bildirib ki, onların arasında Silahlı Qüvvələrin demək olar ki, bütün bölmələrindən, gənc və yaşlı hərbçilər olub: “Gənc və yaşlı əsgərlər. Mariupol müdafiəçiləri və bütün cəbhə xəttinin qəhrəmanları. Onlar Rusiyanın müxtəlif bölgələrinə səpələnmişdi, məqsədi yalnız onlara əzab vermək və insanlıqlarını məhv etmək olan bir sistemdə saxlanılırdılar. Biz onları geri qaytardıq. Bu dəyişmə üzərində çalışan hər kəsə minnətdaram. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, vasitəçilik edən və dəstək verən bütün tərəfdaşlarımıza təşəkkür edirəm. Ukraynalı əsirlər üçün səsini çıxaran, susmayan hər kəsə minnətdaram. Biz hər gün xalqımız üçün mübarizə aparırıq. Hər birini evinə qaytarmaq üçün əlimizdən gələni edəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp