Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə məhsuldar görüş keçirdiyini bildirib.

Zelenski qeyd edib ki, hazırda diplomatik sahədə intensiv iş prosesi aparılır və bu çərçivədə əldə olunan nəticələr müzakirə edilib. O deyib: “Həmçinin bu gün Berlində tərəfdaşlarımızla keçiriləcək görüşlər ərəfəsində mövqelərimizi əlaqələndirdik və atılacaq növbəti addımlar barədə razılığa gəldik”.

Zelenski Finlandiyanın dəstəyinə görə təşəkkür edərək bildirib:

“Ölkənin Ukraynanın müdafiə imkanlarını gücləndirməklə danışıqlardakı mövqeyimizi möhkəmləndirən PURL təşəbbüsünə verdiyi töhfəni yüksək qiymətləndiririk. Dövlətimizə göstərilən davamlı koordinasiya və dəstəyə görə Aleksə minnətdarlığımı bildirirəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp