Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski bildirib ki, Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderləri ilə Kiyevdə beş tərəfli görüş keçiriblər.

Görüşdə təhlükəsizlik məsələsinin müzakirə edildiyini qeyd edən Zelenski deyib: “Hamımız atəşkəsin zəruri olduğunu qəbul edirik. Hamımız müharibənin şərəfli bir sülhlə başa çatması lazım olduğuna inanırıq. Uzunmüddətli və etibarlı təhlükəsizlik üçün birlikdə işləyirik.”

Zelenski bir daha vurğulayıb ki, ortaq vəzifələri Moskvanı dayandırmaqdır: “Bunun üçün Rusiyaya qarşı birlik və güclü təzyiqə ehtiyac var.”

Zelenski əlavə edib ki, Kiyevdə keçirilən Könüllülər Koalisiyası görüşündə Aİ və NATO liderləri ilə onlayn şəkildə bir araya gəliblər və sülhün təmin olunması üçün zəruri olan məsələləri təcili müzakirə ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp