Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın xarici işlər naziri Anita Anand hökumətin kanadalı işçiləri və müəssisələri dəstəkləmək məqsədilə yeni tədbirlər və genişləndirilmiş dəstək üçün 7,5 milyard dollar vəsait ayıracağını açıqlayıb.

Anand deyib: “Hökumətimiz Kanadanın işçilərini və müəssisələrini müdafiə etməyə davam edəcək. Kanadalı işçilər və müəssisələr üçün, xüsusilə gəlir dəstəyi, təlim və zərər çəkmiş sektorların və müəssisələrin dayanıqlı qalmasına kömək edəcək tədbirlər də daxil olmaqla, yeni tədbirlər və genişləndirilmiş dəstək üçün 7,5 milyard dollar təqdim edirik”.

Kanadadakı iş yerlərinin qorunması ilə yanaşı, ölkə iqtisadiyyatının gələcəkdə daha güclü və şaxələndirilmiş struktura malik olmasının hədəfləndiyini bildirən Anand deyib: “Bu gün Kanadadakı iş yerlərini müdafiə edərkən, sabah üçün daha güclü və daha şaxələndirilmiş iqtisadiyyat qururuq”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp