Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Analitiklərə görə, investorlar 10 dekabr Fed iclasında faizlərin dörddəbir bənd endirilməsi ehtimalını 87,4% kimi qiymətləndirirlər. Honkonqun Hang Seng İndeksi 0,13% enişlə açıldığı halda, materik Çində CSI 300 İndeksi 0,28% yüksəldi.

Bazar ertəsi dərc olunan xüsusi sorğuya əsasən, noyabrda Çində zəif daxili tələbin təzyiqi altında fabrik fəaliyyəti gözlənilmədən daralıb.

S&P Global tərəfindən aparılan RatingDog Çin Ümumi İstehsal PMI indeksi noyabrda 49,9-a düşərək analitiklərin 50,5-lik gözləntisini qarşılamayıb. 50-dən yuxarı göstəricilər genişlənməni, aşağı göstəricilər isə daralmayı göstərir.

Rəsmi məlumatlara görə, noyabr ayında Çinin fabrik fəaliyyəti bir qədər artaraq 49,2-yə yüksəlsə də, səkkiz ay ardıcıl daralma davam edib. Xidmət sektoru əvvəlki tətil dövrlərinin təsirinin azalması ilə zəifləyib.

Çin Mərkəzi Bankının açıqlamasında bildirilir ki, rəqəmsal valyutalarla bağlı qanunsuz fəaliyyət və spekulyasiyanın yenidən canlanması barədə xəbərdalıqdan sonra Hong Kongda rəqəmsal aktivlərə sərmayə qoymuş şirkətlərin səhmləri ucuzlaşıb.

Alibaba Qrupunun qurucusu Cek Ma tərəfindən dəstəklənən Yunfeng Financial və Bright Smart Securities & Commodities Group-un səhmləri 7%-dən çox düşdüyü halda, Guotai Junan 3%-ə qədər dəyər itirib.

Yaponiyanın Nikkei 225 indeksi 1,3% enib, Topix indeksi 0,72% düşüb. Ən çox dəyər itirənlər arasında Fujikura (-8,11%), Sumitomo Pharma (-5,82%) və Advantest (-4,74%) yer alıb. Cənubi Koreyanın Kospi indeksi 0,66% enib, kiçik kapitalizasiyalı Kosdaq isə 1,29% artıb. Avstraliyanın ASX/S&P 200 indeksi 0,23% azalıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp