Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri Kiyevdə toplaşıb
Kiyev, 3 yanvar (Hibya) — Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Avropa ölkələrinin milli təhlükəsizlik müşavirlərinin Kiyevdə keçirilən görüşlərdə iştirak etdiyini açıqlayıb.
Umerov bildirib ki, Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri Kiyevə gəliblər.
Onun sözlərinə görə, Almaniya, Birləşmiş Krallıq, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Hollandiya, İsveç, Norveç və Danimarkadan olan nümayəndələrlə yanaşı, NATO, Avropa Şurası və Avropa Komissiyasının rəsmiləri də görüşlərdə iştirak edir və gün ərzində təhlükəsizlik və iqtisadiyyat məsələləri müzakirə olunacaq.
Azərbaycan İnformasiya Agentliyi