BMT: Keyfiyyətli təhsilə sahib olmaq hüququndan 226 milyonun üstündə uşaq məhrum olur
Birləşmiş Millətlər (BMT), keyfiyyətli təhsilə sahib olmaq hüququndan 226 milyonun üstündə uşağın məhrum olduğunu bildirib.
BMT-nin bildirdiyinə görə, dünya miqyasında münaqişələr, iqlim sarsıntıları və digər böhranlardan ziyan görmüş 226 milyonun üstündə uşaq, keyfiyyətli təhsilə sahib olmaq hüququndan məhrum olur.
Birləşmiş Millətlər, hər bir uşağın öyrənməsini və yuxularını həyata keçirməsini təmin etmək məqsədilə global fəaliyyət çağırışı olan "Təhsil Gözləyə Bilməz"i başlatdığını bildirib.
Azərbaycan İnformasiya Agentliyi