Böyük Britaniya Hindistan-Pakistan atəşkəsini alqışladı
London, 10 may (Hibya) — Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Hindistan və Pakistan arasında imzalanmış atəşkəsi alqışladıqlarını bəyan edib.
Xarici işlər naziri Lammi bildirib ki, Hindistan və Pakistan arasında imzalanan atəşkəs böyük məmnunluqla qarşılanıb.
Hər iki tərəfi buna davam etməyə çağıran Lammi deyib: “Gərginliyin azaldılması hamının xeyrinədir.”
Azərbaycan İnformasiya Agentliyi