Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sıbiha Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən yayımlanan yeni hesabatla bağlı açıqlama verib.

Sıbiha Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumunun başlanmasından bəri ukraynalı mülki şəxslərə və hərbi əsirlərə qarşı təxminən 900 cinsi zorakılıq halının sənədləşdirildiyini bildirərək deyib: “Qurbanlar arasında 16 uşaq var, bəzilərinin cəmi dörd yaşı var. Bu, ‘Russkiy mir’in əsl simasıdır: terror, dağıntı və əzab. Cinsi zorakılıq və zorlama müharibə silahı kimi istifadə olunur. Bunlar yalnız bildirilmiş və sənədləşdirilmiş hallardır. Həqiqi rəqəm daha yüksək ola bilər. Bir çox qurban damğalanmaq qorxusu ilə susmağa davam edir. Rusiya hərbi qulluqçuları və FSB əməkdaşları tərəfindən törədilən cinsi zorakılığın qarşısını almaq, araşdırmaq və təqib etmək üçün beynəlxalq qurumların çağırışlarına məhəl qoymamaqda davam edir. Bu, Rusiyanın silahlı qüvvələrinin BMT Baş katibinin ‘utanc siyahısı’na daxil edilməsinin doğru qərar olduğunu yalnız təsdiqləyir. Bu müharibə cinayətləri daha güclü cavab tələb edir. Cinayətkarlar müəyyən edilməli və mühakimə olunmalı, qurbanlar isə ədalətə layiqdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp