Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Litvanın xarici işlər naziri Kestutis Budrys diplomatik toxunulmazlığın pozulması və rus diplomatlarının ölkədən çıxarılması ilə bağlı qərarlar barədə məlumat verib.

Diplomatik prinsiplərin pozulmamalı olduğunu vurğulayan Budrys deyib: “Aydın bir xatırlatma: diplomatik imtiyazlar sui-istifadə üçün icazə deyil.”

Macarıstanın qərarına dəstək verən nazir Budrys bildirib: “Litva Macarıstanın Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətlərlə məşğul olan rus diplomatlarını ölkədən çıxarmaq qərarını alqışlayır.”

Rusiyanın davranışına münasibətdə beynəlxalq ictimaiyyətin mövqeyinə toxunan Budrys xəbərdarlıq edib: “Rusiya anlamalıdır ki, hərəkətlərin nəticələri olur.”

Budrys açıqlamasını bu sözlərlə yekunlaşdırıb: “Onların dağıdıcı davranışlarına dözmək olmaz və bunun nəzarətsiz davam etməsinə icazə verilə bilməz.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp