Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Dövlətinin Xarici İşlər və Diaspor Nazirliyi Böyük Britaniyanın Şərqi Qüds də daxil olmaqla işğal altındakı Fələstin ərazilərində yerləşən İsrail yaşayış məntəqələrinə aid məhsulların idxalını qadağan etmək qərarını alqışladığını açıqlayıb.

Nazirliyin açıqlamasında Böyük Britaniyanın sözügedən qadağanı tətbiq etmək üçün zəruri addımları atmağa başlamasının qanunsuz yaşayış məntəqələrinə dair siyasətində mühüm dəyişiklikdən xəbər verdiyi bildirilib. Böyük Britaniya, Fransa və Kanadanın işğal altındakı İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrindən gələn məhsullara idxal qadağası tətbiq etmək istiqamətində atdığı addımlar 12 ölkənin yaydığı birgə bəyanatda da açıqlanıb.

Fələstin Xarici İşlər və Diaspor Nazirliyi Böyük Britaniyanın qərarını beynəlxalq hüququn və beynəlxalq legitimlik qərarlarının, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyinin praktiki təzahürü kimi qiymətləndirib.

Açıqlamada Fələstin Dövlətinin Böyük Britaniya hökumətinin bu qərarı qəbul etməsini və xüsusilə Baş nazir və xarici işlər nazirinin yaşayış məntəqələri siyasətinə və işğala qarşı daha aydın mövqe tutulması istiqamətində səylərini yüksək qiymətləndirdiyi bildirilib.

Fələstin administrasiyası həmçinin oxşar addımlar atan digər dövlətlərin mövqelərini də alqışladığını bildirib.

Fələstin Xarici İşlər Nazirliyi bütün dövlətləri Böyük Britaniyanın addımını nümunə götürərək İsrailin yaşayış məntəqələri sisteminə qarşı aydın və konkret tədbirlər görməyə çağırıb.

Nazirlik yaşayış məntəqələrindən gələn məhsulların idxalının və satışının qadağan edilməsinə, yaşayış məntəqələri ilə əlaqəli ticarət, investisiya və xidmət münasibətlərinin dayandırılmasına, şirkətlərin və şəxslərin yaşayış məntəqələrinin genişləndirilməsinə, maliyyələşdirilməsinə və ya dəstəklənməsinə töhfə verməsinin qarşısının alınmasına çağırıb.

Açıqlamada həmçinin fələstinlilərə qarşı zorakılıq və hücumlarda iştirak edən məskunlaşanlara və məsul tərəflərə sanksiyalar tətbiq edilməsi və beynəlxalq hüquq çərçivəsində mövcud hesabatlılıq və araşdırma mexanizmlərindən səmərəli istifadə olunması tələb edilib.

Fələstin Xarici İşlər və Diaspor Nazirliyi iki dövlətli həllin yalnız siyasi bəyanatlar və mövqelərlə qoruna bilməyəcəyini, bunun əvəzinə İsrailin yaşayış məntəqələri sistemini təcrid edəcək və cəzasızlığa son qoyacaq praktiki tədbirlərin həyata keçirilməli olduğunu vurğulayıb.

Nazirlik bu addımların İsrailin Fələstin ərazilərindəki işğalına son qoyulmasına, yaşayış məntəqələri sisteminin ləğvinə və Fələstin xalqının 4 iyun 1967-ci il sərhədləri əsasında müstəqil və suveren dövlət qurmaq hüququnun həyata keçirilməsinə töhfə verməli olduğunu bildirib.

Açıqlamada paytaxtı Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasının regionda ədalətli və davamlı sülhün təmin olunması üçün zəruri olduğu qeyd edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp