Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Çexiyanın Baş naziri Andrey Babiş son aylarda hücumlara məruz qalan Körfəz ölkələri ilə həmrəy olduqlarını bildirib.

Babiş regional sabitliyi və təhlükəsizliyi təhdid edən, beynəlxalq dəniz nəqliyyatının hərəkətini pozan fəaliyyətlərə qarşı olduqlarını ifadə edərək diplomatik həll yollarına dəstəklərini bir daha təsdiqləyib. O, həmçinin Çexiyanın ərəb ölkələri ilə enerji, müdafiə, innovasiya və investisiya sahələrində münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Babiş bu açıqlamaları Qətərin Praqadakı səfiri və ərəb ölkələrinin diplomatik nümayəndəlikləri qrupunun növbəli sədri Nasser bin İbrahim Əl-Linqavinin ev sahibliyi etdiyi şam yeməyində verib. Tədbirdə Çexiyadakı ərəb ölkələrinin səfirləri və diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp