Çin çip istehsalçılarının itkiləri ABŞ qərarından sonra artdı
İstanbul, 10 dekabr (Hibya) – ABŞ-ın Nvidia-ya H200 süni intellekt çiplərinin Çində “təstiqlənmiş müştərilərə” ixracını bərpa etməyə icazə verməsindən sonra Çin çip istehsalçılarının səhmləri çərşənbə günü daha da ucuzlaşdı.
Hua Hong Semiconductor səhmləri 2,6% azalarkən, Semiconductor Manufacturing International Corp səhmləri Honq Konq birjasında 2% dəyər itirdi. Hər iki şirkətin səhmləri çərşənbə axşamı 4%-dən çox düşmüşdü.
Avadanlıq təchizatçıları da zəiflədi — NAURA Technology Group təxminən 2% dəyər itirdi. Cambricon Technologies səhmləri də 2%-dən çox azaldı.
Bu eniş Financial Times-ın çərşənbə günü dərc etdiyi xəbərin ardından baş verdi. Həmin xəbərdə deyilirdi ki, Pekin Huawei kimi şirkətlərin yerli süni intellekt çiplərini ilk dəfə olaraq rəsmi dövlət təchizat siyahısına səssizcə əlavə edib.
Xəbərdə bildirilirdi ki, bu addım dövlət qurumlarında və dövlət şirkətlərində yerli yarımkeçiricilərin istifadəsini genişləndirməyi hədəfləyir və yerli çip dizaynerləri üçün milyardlarla dollarlıq sifarişlər yarada bilər.
Nvidia satışları hələ də təsdiq tələb edəcək və ABŞ qanunvericilərinin və Çin tənzimləyicilərinin müqaviməti ilə qarşılaşa bilər, lakin bu qərar Çinli alıcılara bir qədər rahatlıq gətirə və yerli prosessorlara keçidin təciliyyətini azalda bilər.
Azərbaycan İnformasiya Agentliyi