Çin Lijian-1 raketi ilə 9 peyki kosmosa göndərib
Çin “Qinling-1” və “Qinling-2” də daxil olmaqla 9 peyki Lijian-1 Y18 daşıyıcı raketi ilə kosmosa buraxıb.
Buraxılış bu gün yerli vaxtla saat 12:03-də Dongfeng Kommersiya Kosmik İnnovasiya Pilot Zonasından həyata keçirilib.
Buraxılan bütün peyklərin planlaşdırılan orbitlərinə uğurla yerləşdiyi və missiyanın müvəffəqiyyətlə tamamlandığı bildirilib.
Bu buraxılış missiyası Lijian-1 seriyalı daşıyıcı raketlərin 16-cı uçuş missiyası kimi qeydə alınıb.
Azərbaycan İnformasiya Agentliyi