Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Müdafiə Komitəsinə cavabında bildirib ki, gələn il Danimarka Ukraynaya 9,4 milyard kron məbləğində yardım göstərəcək. O deyib: “Keçən il 16,5 milyard kron ayırmışdıq və ondan əvvəlki il bu məbləğ demək olar ki, 19 milyard kron idi.”

Müdafiə Nazirliyindən əldə edilən məlumatlara əsasən, yayımçı Ukraynaya hərbi yardımın tədricən azaldığını göstərən bir qrafik yayımlayıb.

Kopenhagen 2027-ci ildə Kiyevə 7,1 milyard kron, 2028-ci ildə isə cəmi bir milyard kron göndərməyi planlaşdırır.

Danimarka müdafiə sənayesini maliyyələşdirmək üçün 2025-ci ildə Kiyevə 1,2 milyard avro ayırıb. “Danimarka modeli” adlandırılan bu sistem digər ölkələrə Ukraynanın müdafiə sənayesindən birbaşa silah və avadanlıq almağa imkan yaradır.

Bundan başqa, Danimarkanın Ticarət və Sənaye Nazirliyi ölkənin cənubunda Ukraynanın müdafiə şirkəti Fire Point üçün bərk raket yanacağı istehsal zavodunun tikintisinə başlandığını elan edib. Fire Point-in Danimarka direktoru Vyaçeslav Bondarçukun sözlərinə görə, yanacaq istehsalı 2026-cı ildə başlayacaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp