Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri senator Mohammad Ishaq Dar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə Pakistan ilə Azərbaycan arasındakı yaxın və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələləri nəzərdən keçiriblər. Tərəflər çoxşaxəli ikitərəfli əməkdaşlığın gücləndirilməsinə qarşılıqlı dəstək və sadiqliklərini bir daha təsdiqləyərək, yaxın təmasları davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp