Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Əraqçi qeyd edib ki, son 48 saat ərzində İsrail və ABŞ-ın İranın guya “yaxınlaşan nüvə təhdidi” bəhanəsi ilə qanunsuz bombardmanlarını əsaslandıran “yalan” tamamilə ifşa olunub.

O vurğulayıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru açıq şəkildə bəyan edib ki, İran “nüvə silahı hazırlamayıb və hazırlamır”.

“Oman xarici işlər naziri cənab Al Busaidi, həm İran, həm də ABŞ tərəfindən etibarlı vasitəçi kimi qəbul edilir və o, açıq şəkildə bildirib ki, heç vaxt ‘İran nüvə təhdidi’ mövcud olmayıb. Diplomatiyanı öldürən İran deyil, danışıqlar masasını partladanlardır”, – deyə Əraqçi bildirib.

Əraqçi İsrailin diplomatiyaya hücum etməsinə diqqət çəkərək deyib: “Onların əsl qorxusu İranı şeytanlaşdırmaq layihəsinin uğursuzluğa düçar olmasıdır. ABŞ prezidenti vəzifəyə başlayanda, Netanyahu-nun Obama və Bayden dövrlərində apardığı çaşdırıcı siyasətə son qoyacağına söz vermişdi.”

Əraqçi əlavə edib ki, “istiqaməti dəyişmək üçün hələ gec deyil.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp