Ghebreyesus: Kiyevdəki uşaq xəstəxanasının bir neçə mərtəbəsi ciddi şəkildə zərər görüb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, Rusiyanın hücumlarından sonra Kiyevdəki ən böyük uşaq xəstəxanasının bir neçə mərtəbəsinin ciddi şəkildə zərər gördüyünü bildirib.
Ghebreyesus, Rusiyanın Ukraynanın paytaxtı Kiyevdəki uşaq xəstəxanasına hücumuna dair açıqlama verib.
O qeyd edib ki, Kiyevdəki ən böyük uşaq xəstəxanasının bir neçə mərtəbəsi ciddi şəkildə zərər görüb. "Bu, xəstəxananın fəaliyyətini pozub və gənc xəstələrə kritik qayğı göstərmə qabiliyyətinə təsir edib", deyə Ghebreyesus bildirib.
Adhanom Ghebreyesus, ÜST-nin Ukraynadakı müharibə başlamazdan əvvəl və sonra xəstəxana ilə sıx əməkdaşlıq etdiyini bildirib.
Azərbaycan İnformasiya Agentliyi