Neft qiymətlərində eniş davam edir
İstanbul, 25 sentyabr (Hibya) – Enerji bazarlarında neft və yanacaq məhsulları ucuzlaşıb, karbon emissiyalarının qiyməti isə yüksəlib.
Brent neftinin noyabr fyuçers müqaviləsi 0,89 faiz azalaraq 105,65 dollara, West Texas Intermediate (WTI) markalı xam neft isə 1,62 faiz geriləyərək 93,08 dollara düşüb.
London qazoylu 1,55 faiz azalaraq 1.429,63 dollara, təbii qaz 0,87 faiz geriləyərək 3,199 dollara, istilik yanacağı isə 2,68 faiz azalaraq 4,6644 dollara enib.
Benzin fyuçers müqaviləsi də 2,20 faiz azalaraq 3,4862 dollara düşüb, karbon emissiyalarının qiyməti isə 1,10 faiz artaraq 86,96 dollara yüksəlib.
Azərbaycan İnformasiya Agentliyi