Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Məsələ ilə tanış olan mənbələr bildirir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik müqabilində Avropa İttifaqı ilə daha sıx müdafiə və iqtisadi əməkdaşlıq axtarır, Avropa isə Vaşinqtona asılılığını azaltmağın yollarını araşdırır. Bu, türk əsgərlərinin Ukraynadakı sülhməramlı missiyada iştirakını da əhatə edə bilər."

Mənbələr Ankaranın Ukraynadakı təmas xəttində vəziyyətin monitorinqinə kömək edəcək, döyüş xarakterli olmayan bir missiyanın mümkünlüyünü nəzərdən keçirdiyini qeyd edirlər.

Mənbələr hesab edirlər ki, Türkiyənin regional təhlükəsizliyin təmin edilməsində rolunun artması Avropa İttifaqı ilə Türkiyə arasındakı Gömrük Birliyinin yenilənməsi və türk vətəndaşlarının Avropaya vizasız səyahət hüququnun verilməsi ilə bağlı danışıqları sürətləndirə bilər.

Əvvəllər The Wall Street Journal-a istinadən verilən məlumata görə, Böyük Britaniya və Fransa Ukraynada sülh müqaviləsindən sonra 30 min əsgər yerləşdirmək planları hazırlayır. Lakin ehtimal olunur ki, ABŞ-ın dəstəyi olmadan bu təşəbbüs ciddi çətinliklərlə üzləşə bilər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp