Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin müdafiə naziri İsrael Katz Livanda həyata keçirilən əməliyyatların İsrailin şimalındakı yaşayış məntəqələrinin sakinlərinə görünməmiş səviyyədə təhlükəsizlik təmin etdiyini iddia edib.

Katz Livan ərazisində qərbdə Aralıq dənizi sahillərindən şərqdə Bofor qalası, Əli Taher silsiləsi və Hermon dağının ətəklərinə qədər uzanan 700 kvadratkilometrlik təhlükəsizlik zonası yaratdıqlarını bildirib. O, bu zonanın şimaldakı yaşayış məntəqələrinə qarşı basqınların və birbaşa atəş hücumlarının qarşısını almaq məqsədi daşıdığını qeyd edib.

Katz şiə əhalisindən təxminən 200 min nəfərin Sarı Xətt adlandırılan xəttin arxasına təxliyə edildiyini iddia edib. O, İsrail ordusunun bölgədə yerüstü və yeraltı terror infrastrukturu kimi xarakterizə etdiyi obyektləri hədəfə aldığını, Cəlilə bölgəsinə mümkün hücum təhlükəsi yaratdığını iddia etdiyi böyük tunelləri məhv etdiyini bildirib.

Katz həmçinin "Gümüş Kotan" əməliyyatı çərçivəsində Livanda 60-dan çox kəndin və Hizbullahın dayaq məntəqələri kimi istifadə edildiyini iddia etdiyi 23 min evin dağıdıldığını qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp