Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş direktoru Rafael Grossi görüşüblər.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə Rusiya ilə MAQATE arasında əməkdaşlığın əsas istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Ukraynanın Zaporijjya Atom Elektrik Stansiyasına və stansiya əməkdaşlarının yerləşdiyi Enerhodar şəhərinə qarşı hücumları və təxribatları müzakirə edilib.

Rusiya tərəfi bildirib ki, İsrail və ABŞ-ın MAQATE nəzarəti altında olan İranın dinc nüvə obyektlərinə hücumları fonunda İranın nüvə proqramı ilə bağlı vəziyyət də ayrıca qiymətləndirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp