Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Seneqal Prezidenti Bassirou Diomaye Faye ilə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə Rusiya ilə Seneqal arasında ənənəvi dostluq münasibətlərinin inkişafı müzakirə olunub. Ticarət, iqtisadiyyat, investisiya və humanitar yardım sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də ikitərəfli əməkdaşlığın hüquqi çərçivəsinin gücləndirilməsi vurğulanıb.

Tərəflər həmçinin Seneqalın Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (ECOWAS) dövri sədrliyi də daxil olmaqla mühüm beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Moskva və Dakarın qlobal məsələlərin əksəriyyətinə dair oxşar prinsipial yanaşmalara malik olduğunu təsdiqləyən tərəflər BMT və digər çoxtərəfli platformalarda səylərini əlaqələndirməyə davam etmək barədə razılığa gəliblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp