Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Çex Respublikasında parlament seçkiləri keçirilir. Deputatlar Palatasının bütün 200 üzvü seçiləcək və formalaşacaq hökumətin lideri baş nazir olacaq.

Xarici işlər naziri Lipavski seçkilərlə bağlı açıqlamasında deyib: “Bilirəm, bəziləriniz hələ də tərəddüd edirsiniz. Mən dörd ildir ki, Çexiyanın səsinin eşidilməsi üçün xarici siyasəti belə aparıram – və bu uğurla nəticələndi. Bu gün tərəfdaşlarımız bizi artıq yük kimi deyil, ciddi qəbul olunmalı bir ölkə kimi görürlər.”

İndi hər şeyin təhlükədə olduğunu deyən Lipavski əlavə edib: “Əgər kommunistlər və radikallar hakimiyyətə gələrsə, onlar təhlükəsizliyimizi zəiflədəcək və Çexiyanı Şərqə yönəldəcəklər. Mən isə Aİ və NATO-da möhkəm yer tutmağı və güclü müdafiəni təklif edirəm. Zəhmət olmasa, bu gün və sabah seçkilərə gedin. Çexiyanın sizə ehtiyacı var!”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp