Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, KDR və Ruanda arasında Vaşinqtonda imzalanmış sülh sazişini böyük məmnuniyyətlə qarşılayır.

O qeyd edib ki, Afrika İttifaqının vasitəçisi qismində çıxış edən Toqo ilə yanaşı, ABŞ və Qətərin diplomatik səyləri bu razılaşmanın əldə edilməsində həlledici rol oynayıb.

Makron deyib: “Şərqi KDR və Böyük Göllər regionu xalqları üçün davamlı sülh naminə hər kəsi öz öhdəliklərinə əməl etməyə çağırıram.” O əlavə edib ki, Fransa 30 oktyabr tarixində Parisdə keçirilən konfransda nümayiş etdirdiyi mövqeyə uyğun olaraq, bu məqsədə nail olmaq üçün qətiyyətli qalacaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp