Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fevral ayında həyata keçirilən dron hücumu dağıdılmış reaktorun yanında diqqətlə inşa edilən və daha sonra relslər üzərində yerinə sürüşdürülən “yeni təhlükəsiz örtük”də (new safe confinement) deşik açıb. İşlər Avropa rəhbərliyindəki bir təşəbbüs çərçivəsində 2019-cu ildə tamamlanmışdı. MAQATE keçən həftə polad örtüyə apardığı baxış zamanı dronun zərbəsinin konstruksiyanı zədələdiyini müəyyən edib.

1986-cı il Çernobıl partlayışı Ukrayna Sovet İttifaqının bir hissəsi olduğu dövrdə baş verdi və radiasiya Avropaya qədər yayıldı.

Eriməni nəzarət altına almaq cəhdləri zamanı sovetlər reaktorun üzərində cəmi 30 illik xidmət müddəti nəzərdə tutulan beton “lahit” inşa etdilər. Yeni örtük isə həmin lahitin, onun altında yerləşən dağıdılmış reaktor binasının və ərimiş nüvə yanacağının onilliklər davam edəcək yekun çıxarılması prosesində radiasiyanı nəzarət altında saxlamaq üçün tikilib.

MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, aparılan yoxlama missiyası “[qoruyucu konstruksiyanın] saxlayıcılıq qabiliyyəti də daxil olmaqla əsas təhlükəsizlik funksiyalarını itirdiyini, lakin daşıyıcı konstruksiyalarda və ya monitorinq sistemlərində daimi zədələnmə qeydə alınmadığını” təsdiqləyib.

Qrossi qeyd edib ki, müəyyən təmir işləri aparılıb, lakin “daha da pisləşmənin qarşısını almaq və uzunmüddətli nüvə təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı bərpa işləri hələ də zəruridir”.

BMT bildirib ki, 14 fevralda Ukrayna rəsmiləri yüksək partlayıcı döyüş başlığı daşıyan pilotsuz uçuş aparatının obyektə çarpdığını, yanğına səbəb olduğunu və reaktorun ətrafındakı qoruyucu örtüyə ziyan vurduğunu xəbər veriblər. Ukrayna rəsmiləri dronun Rusiyaya məxsus olduğunu bildiriblər. Moskva obyektə hücum etdiyini inkar edir.

BMT, fevral ayında yaydığı açıqlamada radiasiya səviyyələrinin normal və sabit qaldığını və hər hansı radiasiya sızmasının qeydə alınmadığını vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp