Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski qeyd edib ki, ötən gecə baş verən Rusiya hücumlarından sonra bir çox bölgədə mülki infrastrukturda yaranmış zərərin aradan qaldırılması istiqamətində işlər davam edir.

Bəzi yerlərdə ciddi dağıntıların olduğunu vurğulayan Zelenski deyib: “Fastivdəki əsas dəmiryol stansiyasının binası PUA hücumu nəticəsində tamamilə yandı. Bu hücumun heç bir hərbi mənası yox idi və rusların bunu bilməməsi mümkün deyil. Kiyev bölgəsində sənaye müəssisələri və yaşayış binaları da hədəf alındı.”

Zelenski əlavə edib ki, Dnipro, Çerniqov, Zaporojye, Odessa, Lvov, Volın və Nikolayev bölgələri də hücumlardan təsirlənib:

“Ümumilikdə 650-dən çox PUA və 51 raket istifadə olunub. Müxtəlif bölgələrdə yaralananlar var və bütün yaralılara zəruri yardım göstərilir. Bu hücumların əsas hədəfi yenidən enerji obyektləri oldu. Rusiyanın məqsədi milyonlarla ukraynalıya əzab verməkdir; hətta Müqəddəs Nikolay Günündə belə dinc şəhərlərə raket atacaq qədər alçalıblar.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp