Tramp Azərbaycan Prezidenti Əliyevə məktub göndərdi
Bakı, 6 dekabr (Hibya) – Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampdan məktub alıb.
ABŞ Prezidenti Tramp, Prezident Əliyevə göndərdiyi məktubda bunları qeyd edib:
“Cənab Prezident, Baş nazir Paşinyanla birlikdə Nobel Sülh Mükafatına namizədliyimi dəstəkləyən birgə məktubunuza görə təşəkkür edirəm. Vacib missiyamızı davam etdirmək üçün bizə ilham verən bu nəzakətli dəyərli münasibətinizə görə minnətdaram. Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrin sona çatdırılmasına və bütün insanlar üçün sülh və firavanlığın təmin edilməsinə sadiqəm. Davam edən tərəfdaşlığınızla biz mümkünsüzü mümkün edəcəyik. Dəstəyiniz üçün bir daha təşəkkür edirəm.”
Azərbaycan İnformasiya Agentliyi