Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Parlamentinin sədri Roberta Metsola Avropanın Bolqarıstanla tam həmrəylik içində olduğunu bildirib.


Metsola Bolqarıstan sahilləri yaxınlığında ticarət gəmilərinə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların bütün Avropa üçün kritik əhəmiyyət daşıyan Qara dənizdə təhlükəsizlik və sabitliyə əlavə təhdid yaratdığını qeyd edərək, mülki dəniz daşımalarına qarşı hücumların narahatedici tendensiyaya çevrildiyini bildirib.


Metsola bu hücumların dayandırılmalı olduğunu vurğulayaraq, itkin düşən dənizçilər, onların ailələri və hadisələrdən təsirlənən hər kəs üçün kədərini ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp