Neft və təbii qaz qiymətlərində eniş
İstanbul, 5 oktyabr (Hibya) - Enerji bazarlarında neft və təbii qaz qiymətləri geriləyərkən, ABŞ dizel yanacağı üzrə fyuçers müqavilələrində yüksəliş qeydə alınıb.
Enerji bazarlarında neft və təbii qaz qiymətləri geriləyərkən, ABŞ dizel yanacağı üzrə fyuçers müqavilələrində yüksəliş qeydə alınıb.
ABŞ xam neftinin bir barelinin qiyməti 1,11 faiz azalaraq 90,10 dollara geriləyib. Brent neftinin bir barelinin qiyməti də 0,65 faiz azalaraq 101,59 dollar olub.
Təbii qazın qiyməti 0,36 faiz azalaraq 3,024 dollara enib, RBOB benzin müqaviləsi isə 0,33 faiz dəyər itirərək 3,3015 dollara geriləyib.
ABŞ ultra aşağı kükürdlü dizel (ULSD) fyuçers müqaviləsi isə 0,67 faiz artaraq 4,5311 dollara yüksəlib.
Azərbaycan İnformasiya Agentliyi