Pakistandan Azərbaycana Dövlət Suverenliyi Günü mesajı
İslamabad, 20 sentyabr (Hibya) – Pakistan Xarici İşlər Nazirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib.
Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə mesaj yayımlayıb.
Nazirliyin sosial media hesabında yayımlanan paylaşımda bildirilib: “Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklərimizi çatdırırıq.”
Azərbaycan İnformasiya Agentliyi