Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Portuqaliya Xarici İşlər Nazirliyi Rumıniya və Bolqarıstanın müstəsna iqtisadi zonalarında ticarət gəmilərinə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlarla bağlı açıqlama yayıb.

Açıqlamada Qara dənizdə naviqasiya azadlığının əhəmiyyəti vurğulanaraq mülki gəmilərə hücumların qəbuledilməz olduğu bildirilib. Hücumların yalnız regional təhlükəsizliyi deyil, həm də qlobal təchizat zəncirlərini və ərzaq təhlükəsizliyini təhdid etdiyi qeyd olunub.

Portuqaliya Xarici İşlər Nazirliyinin açıqlamasında Rumıniyanın xarici işlər naziri Oana Toiu və Bolqarıstan Xarici İşlər Nazirliyinin rəsmisi Velislava Petrova da etiketlənib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp